“Partlamamış hərbi sursatlar və minalar iqtisadiyyatın və bir çox digər sahələrin inkişafını ləngidir”
“Report” xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin üzvü Metyu Offord mayın 26-da Bakıda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, minatəmizləmə fəaliyyəti Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biridir.
Deputat bildirib ki, Azərbaycan minatəmizləmə fəaliyyətini Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib bəndlərdən biri kimi müəyyənləşdirib:
“Mina əleyhinə fəaliyyət mütləq milli planlarda nəzərə alınmalıdır. Bu baxımdan bütün dünya Azərbaycanı nümunə kimi qəbul edir”.
www.RIA24.az