Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri Laçında, Həkəri çayının üzərindəki körpüdə ucaldılan Azərbaycan Bayrağına qarşı hörmətsizlik ediblər. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Görüntülərdə rusiyalı hərbçinin bayrağı çıxarmaq üçün onun asıldığı dirəyi aşırdığı görünür.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, çəkiliş iyunun 15-də Ermənistan tərəfindən aparılıb.
www.RIA24.az