Qarabağın erməni sakinləri Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – VİDEO

Müharibə


Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında, “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib.

“Trend” xəbər verir ki, bununla bağlı videogörüntüdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Görüntülərdən də aydın olduğu kimi, Qarabağın erməni əhalisi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiəti ilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir