Laçın sakini: “Ailə üzvlərimlə birgə yenidən evimə qayıdıram”

Müharibə


“Biz artıq dədə-baba yurdumuza qayıdırıq. Laçın əsl sakinlərinə qovuşacaq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin. Arzum budur ki, bütün məcburi köçkünlər öz elinə, yurduna sağ-salamat qayıtsınlar”.

AZƏRTAC xəbər verir ki, bu sözləri 31 ildən sonra Laçına qayıdan rayon sakini Pərviz Məlikov deyib.

O qeyd edib ki, laçınlıların doğma yurda qayıtması Böyük Qayıdışın addım səsləridir: “Bu addım səsləri düşmənlərin qulağında gurultu ilə səslənir. Azərbaycanımızın bayrağı haqqı olan bütün torpaqlarda dalğalanacaq. Bizim Laçına qayıtmağımız düşmənlərə, bizi istəməyənlərə göz dağı verir. Mən oradan çıxanda 20 yaşında idim, məktəbi bitirib, yenicə tələbə adını qazanmışdım. Mən çox xoşbəxt adamam ki, ailə üzvlərimlə birgə yenidən evimə qayıdıram”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir