İctimai televiziya kanalının ermənidilli bölməsinə nə üçün azərbaycanlı rəhbərlik etməlidir?

Müharibə


“Artsaxın “mühasirə”də olduğu bu səkkiz ay ərzində biz fəlakətlə bağlı xəbərləri bütün mümkün strukturlara çatdırmağa çalışmaq üçün daim piketlər təşkil edirik”, – “Gürcüstan Erməni İcması” ictimai təşkilatının rəhbəri Artur Mirzoyan “Hraparak”a müsahibəsində bildirib.

Həmin aksiyalara qoşulan ictimai təşkilatının üzvləri və Gürcüstandakı erməni icmasının nümayəndələri həm BMT ofisi, həm də Gürcüstanın müxtəlif telekanalları yaxınlığında davamlı olaraq piketlər keçiriblər. Onlar həmçinin Gürcüstanın ictimai televiziya şirkətinin binaları qarşısında Gürcüstan xəbər saytlarına qondarma Artsax Respublikası və Azərbaycanın tarixinə dair kitablar paylayıblar.

“Erməni İcması” ictimai təşkilatının rəhbəri bildirir ki, onlar Gürcüstanın ictimai televiziya şirkətinin Erməni soyqırımı ilə bağlı heç bir material yayımlamamasından çox narahatdırlar. Əvvəllər erməni icması və erməni təşkilatları soyqırımı qurbanlarına həsr olunmuş tədbirlərin erməni dilindəki bölməsində materiallar yayımlayırdılarsa, bu il bunu etmirlər və əsas səbəb odur ki, Gürcüstan ictimai kanalının baş direktoru və erməni dili bölməsinin rəhbəri azərbaycanlı Ramilə Əliyevadır. Təşkilat mütəmadi olaraq bununla bağlı məsələlər qaldırır.

“O yarı azərbaycanlı, yarı gürcüdür, amma özünü hər cəhətdən azərbaycanlı hesab edir. Onun erməni idarəsinin rəisi olması nə dərəcədə düzgündür? Onun Şuşada olduğunu, çıxış etdiyini də öyrəndik (tribunadan çıxış nəzərdə tutulur). İlham Əliyevin təşkil etdiyi və Şuşada keçirilən Şuşa Qlobal Media Forumu adlı proqramda kimlərin iştirak etdiyini aydınlaşdırmağa çalışırıq, amma Ramilə Əliyevanın iştirak etdiyini dəqiq bilirəm. Elə başa düşürəm ki, ora gürcülər tərəfdən böyük nümayəndə heyəti gedib”, – deyə Mirzoyan bildirib.

Ancaq maraqlısı odur ki, Gürcüstan İctimai Televiziyasının nə Azərbaycan, nə də gürcü dili bölmələrində dünənə kimi Şuşada forumun baş tutması, gürcü tərəfinin də iştirak etməsi barədə heç bir xəbər yayımlanmayıb. Mirzoyan qeyd edir ki, həmin forumunda iştirakla bağlı reportaj Azərbaycan bölməsi üçün hazır idi, lakin Gürcüstan ermənilərinin qaldırdığı hay-küydən sonra reportaj efirə getməyib. Səs-küy olmasaydı, o əmindir ki, reportaj ən azından Azərbaycan bölməsində yayımlanacaqdı.

Gürcüstan erməniləri Ramilə Əliyevanın Gürcüstanın ictimai televiziya şirkətinin erməni departamentinin rəhbəri olmasından narazıdırlar. “Məhz Gürcüstan ermənilərini azərbaycanlının erməni şöbəsinə rəhbərlik edə bilməsi qəzəbləndirir. Yəni ana dilimizdəki xəbərlər departamentini özünü tamamilə azərbaycanlı hesab edən biri idarə edəcək, ancaq biz bunun qarşılığında heç bir şey edə bilməyəcəyik? Biz də dövlətə vergi ödəyirik və İctimai Televiziya Şirkəti həmçinin bizim vergilərimizlə də fəaliyyət göstərir. Ona görə də bizim tələblərimiz də nəzərə alınmalıdır”, – deyə “Erməni İcması” ictimai təşkilatının rəhbəri bildirib.

Gürcüstan erməniləri Ramilə Əliyeva ilə bağlı konkret tələblər ifadə edən bəyanatla çıxış ediblər.

“Gürcüstan hakimiyyəti həmişə Ermənistan və Azərbaycan arasında neytral mövqedən çıxış edib. Bu ölkənin tez-tez regionda sülhün bərqərar olması prosesində vasitəçi olmağa çalışdığını nəzərə alaraq, qeyd olunan rəsmilərin Şuşada keçirilən tədbirdə iştirakı isə narahatlıq doğurur. Biz əvvəl R.Əliyevanın “İctimai Telekanal”ın erməni və Azərbaycan dili şöbəsinin rəhbəri vəzifəsində işləməsinin departamentin obyektiv və qərəzsiz fəaliyyətinə mane olacağını bildirsək də, telekanal rəhbərliyi bu istiqamətdə heç bir aktiv addım atmayıb. Bütün bunlardan sonra “İctimai Telekanal”ın, erməni soyqırımına həsr olunmuş tədbirlərə istinad etməməsi və səkkiz ay ərzində qondarma “Artsax”ın blokadası mövzusunu ümumiyyətlə işıqlandırmaması təəccüblü deyil”, – təşkilatın bəyanatında qeyd olunur.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir