“Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 000 funt sterlinq ayırıb”.
Oxu.Az xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bunu “Twitter” hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, bu vəsait ANAMA və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İnkişaf Proqramı ilə Böyük Britaniyanın tərəfdaşlığı çərçivəsində minatəmizləmə sahəsində Azərbaycanın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.
🇬🇧 hökuməti 🇦🇿-da minalarla mübarizəni dəstəkləmək üçün əlavə £500,000 ayırıb.
Bu vəsait @ANAMA_gov_az və @UNDPAzerbaijan ilə tərəfdaşlığımız çərçivəsində mina təmizləmə sahəsində 🇦🇿–ın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. pic.twitter.com/5iaNcXSngV
— FergusAuldFCDO (@FergusAuldFCDO) August 8, 2023
www.RIA24.az