“Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub”.
Bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev “X” sosial şəbəkəsində paylaşım edib.
“Laçın yolu ilə qanunsuz daşınan silah və hərbi texnika erməni separatçıları tərəfindən Qarabağda hərbi bazaların qurulmasında istifadə olunub. Deməli, “Laçın” sərhəd-keçid məntəqəsinin yaradılması, həqiqətən də, Azərbaycanın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir”, – deyə, o qeyd edib.
Weapons and military equipment illegally transported through #Lachin road were used to build military bases by Armenian separatists in #Karabakh. So, establishment of the Lachin checkpoint was indeed crucial for the national security of #Azerbaijan. pic.twitter.com/MOK710Ml7b
— Elman Abdullayev 🇦🇿 (@elmanabdullayev) August 13, 2023
www.RIA24.az