Türkiyənin gülləkeçirməz lövhələri Azərbaycanda da istehsal ediləcək.
Məlumata görə, sözügedən məsələ ilə bağlı tərəflər arasında protokol imzalanıb.
Sənədi “Akıncılar Taktik Tekstil” şirkətinin İdarə heyətinin rəhbəri Can Uzuntəpə və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev imzalayıblar.
Həmçinin qeyd olunub ki, mütəxəssislərin birgə hazırlığı ilə bağlı proqram da qəbul olunub.
Lövhələrin Azərbaycan Ordusunda da istifadəsi nəzərdə tutulur.
C.Uzuntəpə deyib ki, istehsal işlərinin bir hissəsi Azərbaycanda həyata keçiriləcək.
Mənbə: Anadolu
www.RIA24.az