31 il əvvəl Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları dəfn edilib – FOTO

Müharibə


Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Məhərrəm Abbas oğlu Abbasovun dəfn mərasimi keçirilib.

APA xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

O, Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilib.

Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb.

Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir