Daşaltı şəhidi 31 ildən sonra Giləzi Şəhidlər xiyabanında dəfn olunub – YENİLƏNİB + FOTO/VİDEO

Müharibə


Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsində dəfn edilib.

Oxu.Az-ın məlumatına görə, o, qəsəbədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Daha çox foto burada: PhotoStock.az

12:50

Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Araz Rüstəmovla Xızı rayonunun Giləzi qəsəbəsində vaxtilə yaşadığı evdə vida mərasimi keçirilir.

Oxu.Az-ın məlumatına görə, mərasimdə Araz Rüstəmovun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra onun meyitinin qalıqları qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Araz Bağı oğlu Rüstəmov 1968-ci ildə Xızının Giləzi qəsəbəsində anadan olub.

1992-ci ildə Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb.

Xatırladaq ki, Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq işləri zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sümüklərinin qalıqları aşkarlanıb.

Aparılmış ekshumasiya zamanı 10 nəfərin şəxsiyyəti müəyyən olunub.

 
Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir