Qərbi Azərbaycan Xronikası: İrəvana təhlükəsiz qayıdış nədən asılıdır? – VİDEO

Müharibə


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Son 35 il – Azərbaycanın böyük qaçqın sınağı” adlı süjetdə son 30 ildə Azərbaycan qaçqın və məcburi köçkün məsələsi ilə bağlı çox ciddi və böyük sınaqdan çıxdığı, 1988-ci ildə indiki Ermənistan ərazisindən qərbi azərbaycanlılar erməni-sovet silahlı dəstləri tərəfindən  öz yurd yerlərindən güc yolu ilə çıxarıldığı qeyd olunur.

Bildirilir ki, Rusiya  həmişə ermənilərə sponsorluq, havadarlıq edib: “Qərbi Azərbaycandan gələn 250 min nəfər o vaxtkı Azərbaycan SSR-in məhdud imkanları üçün çox ciddi problemlər yaratdı. 1989-cu ilin yazında Özbəkistandan da ahıska türkləri qovulmuşdu və onları da Azərbaycan qəbul etdi. 1990-cı illərdən Azərbaycanın Qarabağ bölgəsindən məcburi qaçqın köçü gəlməyə başladı. Bir sözlə, 1988-1993-cü illərdə Azərbaycan ictimaiyyəti çox böyük tarixi fədakarlıq nümayiş etdirirdi”.

Qərbi azərbaycanlıların qayıdışı məsələsinin, repatriasiya mahiyyəti ilə bağlı maarifləndirmə işlərinin aparılmasının günün vacib məsələlərdən olduğu bildirilən süjetdə Prezident İlham Əliyevin bu il iyulun 22-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışından sitat verilir: “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır…. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”.

Sonda Azərbaycan tərəfinin Qarabağ iqtisadi rayonunda ermənilərin yığcam yaşamasına, təhlükəsizliyinin təmin olunmasına hər cür təminat verdiyi, Ermənistanın da qərbi azərbaycanlıların pozulan mülkiyyət və vətəndaşlıq hüquqlarının bərpasına təminat verməsi halında Azərbaycanla Ermənistan arasında danışıqların əhatəli sayılmasının mümkünlüyü. Eləcə də Qərbi azərbaycanlıların repatriasiyası məsələsinin isə rəsmi Bakının danışıqlarda prioritet məsələ olduğu qeyd olunur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 24-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir