31 il sonra Şuşa rayonunun Daşaltı kəndində meyitinin qalıqları tapılan Nurəli Abdullayev dəfn edilib.
Oxu.Az xəbər verir ki, o, Sabunçu rayonu Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Daha çox foto burada: PhotoStock.az
12:26
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyitinin qalıqları tapılan Nurəli Abdullayevlə vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən qalıqları Daşaltıda kütləvi məzarlıqda aşkarlanan Nurəli Hacıbaba oğlu Abdullayev Sabunçu rayonunun Bülbülə qəsəbə sakini olub.
Onun meyitinin qalıqları vida mərasimindən sonra Bülbülə Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Əmircan qəsəbəsində böyüyüb boya-başa çatan Nurəli Abdullayev orta məktəbi bitirdikdən sonra 112 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirib. Quru Mayesiz Transformator zavodunda, Suraxanı ayaqqabı fabrikində işləyib. 1978-80-ci illərdə Tbilisidə hərbi xidmətdə olub.
1991-ci ildə erməni vəhşiliyinə nifrəti Nurəlinin də əyninə döyüşçü forması geyindirdi. O, Kərkicahanda, Goranboyda gedən döyüşlərdə iştirak edib. “Daşaltı əməliyyatı”nda iştirak edib və orada itkin düşüb.
Aysel Aslan
www.RIA24.az