Laçın rayonunun Zabux kəndinin 82 yaşlı sakini Qəribə Həsənova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb.
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, artıq bir neçə gündür ki, Qəribə Həsənova kənddəki yenidən tikilmiş evində yaşayır.
O, Zabux kəndini daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Qəribə nənə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildirir, Allahdan şəhidlərimizə rəhmət diləyir.
Daha ətraflı videosüjetdə:
www.RIA24.az