ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) daha altı minaaxtaran iti Azərbaycana göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi özünün “X” sosial şəbəkə hesabında yazıb.
“Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərərçəkmiş ölkələrə bağışladığı 300-cü itdir, onlardan 81-i Azərbaycana göndərilib. Burada kritik işlərinə başlayacaq olan Boka, Byanka, Fleks, Leks, Stela və II Taycer Praydı salamlayırıq!” – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) beş minaaxtaran iti Azərbaycana göndərib.
Six more mine-detecting dogs donated from the U.S.-funded NGO @MarshallLegacy recently arrived in Azerbaijan. This new delivery is extra special as it marks the 300th dog MLI has donated to countries affected by landmines, with 81 of these sent to Azerbaijan. Please join us in… pic.twitter.com/s09OrsurrV
— U.S. Embassy Baku (@USEmbassyBaku) August 30, 2023
www.RIA24.az