Politoloq: “Rusiya sülhməramlıları Ermənistanın Qarabağdakı təxribatlarına qarşı kəskin tədbirlər görməlidir”

Müharibə


“Rusiya sülhməramlıları özlərini qorumaq üçün ciddi tədbirlər görməlidirlər”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu rusiyalı siyasi ekspert Yevgeni Mixaylov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya hərbçilərinə qarşı ermənilərin son təxribatlarını şərh edərkən deyib.

Politoloqun fikrincə, sərt cavaba məhz belə təxribatların təşkilatçıları ümid edirlər:

“İrəvanın Rusiya sülhməramlılarının regionda qalma şərtlərini pozduğunu dünyaya qışqırıb bəyan etmələrinə ehtiyac yoxdur”.

Ekspert qeyd edib ki, Ermənistan açıq-aşkar qərbyönümlü mövqe tutub və Fransanın maraqlarını irəli sürməyə çalışır:

“Qarabağda Rusiya sülhməramlılarına qarşı təxribatların davam etməsinə təəccüblənmirəm. Aİ missiyası və çoxsaylı mitinqlər Rusiya sülhməramlılarının və rus qoşunlarının regiondan çıxarılmasını tələb edir. Biz belə çıxışları mütəmadi olaraq görürük. İndi yekun danışıqlar və sülh müqaviləsinə yanaşma haqqında daha çox müzakirələr aparmaq lazımdır. Ermənistan və Qarabağdakı müəyyən qüvvələr vəziyyətin sabitliyini pozmaq üçün hər cür səyləri göstərirlər”.

“Mən təxribatların daha da güclənəcəyini gözləyirəm, çünki İrəvan və onun müttəfiqləri faktiki olaraq küncə sıxışdırılıb. Azərbaycan birmənalı olaraq öz mövqeyində dayanır, Rusiya sülhməramlı rolunda qalmaqda davam edir. Bu isə Fransanı, onun müttəfiqlərini və Cənubi Qafqazda münaqişənin qızışdırılmasında maraqlı olanları sevindirmir. Onlar Ermənistandan öz mənafeləri üçün istifadə edirlər”, – deyə o bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir