“Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur.
13:43
Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin daha bir yalanını ifşa edib.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.
Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti şəkildə təkzib edirik”, – deyə Azərbaycan MN-dən bildirilib.
13:09
Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin yalanını ifşa edib.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır”, – deyə Azərbaycan MN-in məlumatında vurğulanıb.
www.RIA24.az