Nazilə Əliyeva: “Gedən kimi Füzuli torpağını qucaqlayıb, öpəcəyəm”

Müharibə


“Gedən kimi Füzuli torpağını qucaqlayıb, öpəcəyəm”.

Bu sözləri Oxu.Az saytına bu gün Füzuli şəhərinə köç edən, keçmiş məcburi köçkün Nazilə İldırım qızı Əliyeva deyib.

O bildirib ki, bu gün öz doğma torpağına köç edən hər kəs sevinir:

“Hər kəsin üzü gülür, hər kəs xoşbəxtdir bu gün. İllərdir həsrətini çəkdiyimiz öz doğma yurdumuza qovuşuruq. Bundan gözəl heç nə ola bilməz. Bizi sevindirdiyinə görə Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinin əllərindən öpür, qazilərimizə Allahdan şəfa diləyirik”.

Xatırladaq ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindən 19 ailə (69 nəfər) Füzuli şəhərinə yola düşüb.

Köç karvanına Sumqayıt şəhərindən iki ailə (on nəfər), Mingəçevir şəhərindən bir ailə (beş nəfər), Füzuli rayonunun bir nömrəli Qayıdış qəsəbəsindən isə iki ailə (səkkiz nəfər) qoşulacaq. Ümumilikdə isə 24 ailə (92 nəfər) Füzuli şəhərinə yola salınacaq.

Qeyd edək ki, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 119 ailə (441 nəfər) köçürülmüş olacaq.

Aytac Qasımova

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir