Prezidentin köməkçisi: “Azərbaycanda “boz zona”lara yer yoxdur”

Müharibə


“Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi ucbatından sülh prosesi ləngiyir”.

Oxu.Az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hazırda sülh prosesinin hansı mərhələdə olduğunu şərh edərkən bildirib.

Onun sözlərinə görə, Laçın yolunun mövcud olmayan “blokadası” bəhanəsi ilə Azərbaycana qarşı İrəvan və dünyanın müxtəlif ölkələrində, xüsusən də Qərbdəki erməni diasporunun koordinasiya etdiyi genişmiqyaslı dezinformasiya kampaniyasına start verilib.

“Azərbaycanı suveren ərazimizin bir hissəsini blokadada saxlamaqda ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətindən yüklərin daşınması üçün Ağdam yolunun açılması bu cür ittihamların əsassızlığını göstərdi. Rusiya Qızıl Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə fəaliyyəti nəticəsində Ağdam yolu istifadəyə verilib. İndi biz Beynəlxalq Qızıl Xaç Komitəsinin yüklərinin eyni vaxtda iki marşrutla – Ağdam və Laçın marşrutu ilə getməsini gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi tam şəkildə bölüşür və dəstəkləyirlər”.

H.Hacıyevin sözlərinə görə, hazırda sülh prosesinə əsas maneə Ermənistanın Azərbaycan ərazisində qeyri-qanuni rejimi maliyyə və hərbi-siyasi baxımdan saxlamaqda davam etməsidir. O bildirib ki, məhz Xankəndidəki qanunsuz rejim Ağdam və Laçın marşrutlarının eyni vaxtda açılmasına mane olur, Azərbaycandan ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu sivil dünyada yeri olmayan mağara təfəkkürlü irqçilik motivləri ilə əsaslandırır.

“Həmçinin, Bakının dəfələrlə belə təmaslara dəvət etməsinə baxmayaraq, qeyri-qanuni rejim Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağda yaşayan erməni etnik azlıq arasında dialoq cəhdlərinin qarşısını alır. Qarabağda yaşayan 30 min erməniəsilli vətəndaşımızı girov götürən Ermənistanın qanunsuz rejimə dəstək siyasətinə son qoyulmalıdır. Azərbaycanda “boz zona”lara yer yoxdur”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir