BQXK-nın Xankəndiyə aparılan yardımı “Laçın” sərhəd-buraxılış məntəqəsində yoxlanıldı – FOTO/VİDEO

Müharibə


Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçid edib.

“Trend” xəbər verir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən yoxlama aparıldıqdan sonra yük maşınlarının sərbəst keçidi təmin edilib.

Qeyd edək ki, Qarabağdakı separatçılar, nəhayət, Azərbaycanın şərtlərinə tabe olublar, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.

Separatçıların liderləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.

Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma olub. Separatçılar bunu məqsədəuyğun olaraq iki həftədən çox ləngidiblər.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir