Küveyt rəsmisi: “İtkin düşmüş şəxslərlə bağlı əməkdaşlığımızı gücləndirməliyik”

Müharibə


“Qlobal səviyyədə itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıqlarımızı genişləndirməli və öz öhdəliyimizi beynəlxalq hüquqa ithafən gücləndirməliyik”.

“Report”un xəbərinə görə, bunu Küveytin əsir və itkin düşmüşlər üzrə xarici işlər nazirinin köməkçisi, səfir Rabea Saad Al-Adsani Bakıda “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər itkin düşən şəxs bir ailənin arzularının sona çatmasıdır: “Biz bu məsələni sülhün və davamlı inkişafın mühüm hissəsi kimi qəbul edirik. Bu baxımdan Küveyt son 34 il ərzində itkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlıqları həyata keçirir”.

Rabea Saad Al-Adsani vurğulayıb ki, sözügedən məsələrlədə ölkələr beynəlxalq qanunları ratifikasiya etməli, daxili qanunlarını yeniləməlidirlər: “Beləliklə, hər bir ölkə bu sahədə gördüyü işlərlə humanizmə öz töhfəsini verməlidir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir