İqor Korotçenko: “Ağdamdan yolun açılması Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının başlanğıcıdır”

Müharibə


“Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, separatçılar və onların lobbiçilərinin Ağdam-Xankəndi yolunun açılmasına mane olmalarına baxmayaraq, sonda bu nəqliyyat arteriyası açılıb.

“Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başladı. Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb.

“Blokada” yoxdur, “kütləvi aclıq”, “soyqırımı” yoxdur – təbliğat qabığı uçdu getdi. Əslində, bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır”, – deyə rusiyalı ekspert vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir