Erməni terroru nəticəsində şəhid olan polis serjantı Ələsgər Əsgərovun cənazəsi Naxçıvana gətirilib – FOTO

Müharibə


Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) polis serjantı Ələsgər Zakir oğlu Əsgərovun cənazəsi Naxçıvana gətirilib.

“Report”un yerli bürosu xəbər verir ki, sentyabrın 20-də Naxçıvan Beynəlxalq Hava Limanında polis serjantı Ələsgər Əsgərovun cənazəsinin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikasında (NMR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, NMR DİN-in əməkdaşları və polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri tədbirdə iştirak ediblər.

Polis serjantı Ələsgər Əsgərovun üçrəngli bayrağımıza bükülmüş cənazəsi polis əməkdaşlarının müşayiəti ilə mərasim yerinə gətirilib.

Səlahiyyətli nümayəndə polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri ilə görüşərək başsağlığı verib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir