Rusiyalı analitik: “Hər dövlət qanunsuz hərbi dəstə ilə necə rəftar edərdisə, Azərbaycan da elə edir” – VİDEO

Müharibə


“Azərbaycan Qarabağ münaqişəsinin hərbi həllində maraqlı deyildi. Qarabağ bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınır. Vəziyyət elədir ki, Azərbaycanın iştirakı olmadan nə isə həll etmək mümkün deyil. Bura mülki əhalinin təchizatı da daxildir”.

Bu sözləri CBC kanalına müsahibəsində Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərini şərh edən rusiyalı siyasi analitik, tarixçi Dmitri Çernışevski deyib.

Dmitri Çernışevski qeyd edib ki, Azərbaycanın atdığı bütün addımlar onun müstəqil dövlət kimi suveren haqqıdır.

“Azərbaycan ərazisində yalnız onun öz silahlı qüvvələri ola bilər, digəri ya başqa dövlətin ordusudur, yaxud da hansısa qanunsuz hərbi qruplaşmalardır. Ermənistan artıq elan etdi ki, onu Azərbaycan ərazisində ordusu yoxdur. Deməli, orada hazırda qanunsuz hərbi birləşmələr mövcuddur. Sizə də yaxşı məlumdur ki, hər bir dövlət qanunsuz hərbi dəstələrlə necə rəftar edir”, – deyə siyasi şərhçi bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir