“Aparılan antiterror tədbirləri keçirilən zonada mülki şəxslərin və obyektlərin təhlükəsizliyinin qorunması polis tərəfindən icra olunur”.
Oxu.Az-ın məlumatına görə, bunu brifinqdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, ermənilər sosial şəbəkələrdə yalandan məlumat yayırlar ki, vəziyyət onların xeyrinədir:
“Lakin bu belə deyil. Hazırda itkilərlə bağlı dezinformasiyalar yayılır. Lazımsız informasiyalar yayan 10-a yaxın şəxs nazirliyə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb”.
O, əhaliyə yayılan informasiyalara diqqət yetirməmək barədə xəbərdarlıq edib.
İlhamə Əbülfət
www.RIA24.az