Füzulidə avtomobil qəzasında həlak olan polislə vida mərasimi keçirilir – FOTO

Müharibə


Füzuli rayonunda avtomobil qəzasında həlak olan polis əməkdaşı Rasim Oqtay oğlu Məmmədovun nəşi Bakıda yaşadığı ünvana gətirilib.

APA xəbər verir ki, onunla Xətai rayonu, Cavanşir küçəsində yerləşən evində vida mərasimi keçirilir.

Rasim Oqtay oğlu Məmmədov 1987-ci ildə Bakıda anadan olub, iki övladı var.

Qeyd edək ki, Füzuli rayonunda baş verən avtomobil qəzasında üç polis əməkdaşı həlak olub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir