Hərbi jurnalist Fərdin İsazadənin Ukrayna nəşrinə müsahibəsi: “Bu tədbirlər Qarabağdakı terrora cavabdır”

Müharibə


“Azərbaycan Silahlı Qüvvələri yerləşdikləri bütün perimetr boyu təhlükə yaradan legitim hərbi obyektlərə zərgər dəqiqliyi ilə zərbələr endirdilər. Bu, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı kadrlardan da görünür”.

Bunu “Baku TV”nin hərbi jurnalisti Fərdin İsazadə Ukraynanın “Suspilne.novini” nəşrinə Azərbaycanın lokal antiterror tədbirləri ilə bağlı şərhində bildirib.

Jurnalist bu tədbirlərin Qarabağda tikinti işlərinin davam etdiyi yolda yeddi nəfərin minada həlak olması ilə nəticələnən terror aktına Azərbaycan təhlükəsizlik qüvvələrinin reaksiyası olduğunu vurğulayıb:

“Azərbaycan Ordusunun tədbirləri qeyri-qanuni silahlı birləşmələrin texnikalarına, yerləşdiyi bazalara və onların hərbi fəaliyyətilə bağlı digər obyektlərin məhv edilməsinə yönəlib”. 

O, peyk görüntülərindən istifadə etməklə apardıqları jurnalist araşdırması zamanı Qarabağ və onun ətrafında 737 hərbi obyekt saydıqlarını bildirib:

“Paşinyanın Ermənistanın bununla heç bir əlaqəsi olmadığını deməsi tamamilə yalandır. Çünki hər il Ermənistan büdcəsindən Qarabağa təxminən 360 milyon dollar vəsait ayrılır ki, bu da başqa şeylərlə yanaşı, silah-sursat, mina və s. alınması üçün xərclənir”.

Ekspert qeyd edib ki, antiterror tədbirində Azərbaycan 1-2%, bəlkə də, daha az qüvvə cəlb edib:

“İndi deyə bilərəm ki, bu, Azərbaycanın malik olduğu və daimi döyüş xidmətində olduğu ehtiyatın hətta bir faizi qədərdir”.

O, Azərbaycan xalqının əhval-ruhiyyəsinin İkinci Qarabağ müharibəsindəki kimi müsbət olduğunu, həyata keçirilən antiterror tədbirlərini dəstəklədiyini qeyd edib.

“Onlar hesab edirlər ki, bu terror təhlükəsinə və üçüncü dövlətlərin silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz fəaliyyətinə son qoymaq lazımdır”, – deyə F.İsazadə vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir