Qazaxıstan Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüş keçirmə təşəbbüsünü alqışlayır

Müharibə


“Qazaxıstan qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edir. Azərbaycan tərəfinin Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşün keçirilməsi ilə bağlı təşəbbüsünü alqışlayırıq”.

Oxu.Az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

Diplomat yaranan vəziyyətin tezliklə sülh yolu və dialoq vasitəsilə həllinə ümid bəslədiklərini diqqətə çatdırıb:

“Yaranmış vəziyyətin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində sülh dialoqu yolu ilə tezliklə həll olunmasına ümid edirik. Əminik ki, Cənubi Qafqazda sülh atmosferinin və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması, bütün kommunikasiyaların açılması regionun bütün ölkələrin maraqlarına cavab verir”, – deyə A.Bayel vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir