Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Argentinanın “abtvbariloche” televiziyasına Azərbaycanın antiterror tədbirləri ilə bağlı müsahibə verib.
O qeyd edib ki, qanunsuz erməni hərbi birləşmələri regionda sülhün və sabitliyin bərqərar olmasında əsas maneə törədirdilər və həm Qarabağ bölgəsindəki erməni əhalini, həm də bütün Azərbaycanı təhdid edirdi:
“Bu antiterror tədbirləri əvvəl-axır olmalı idi. Çünki separatçılar Qarabağda silahlanmağa başladılar, müxtəlif ölkələrdən silah alırdılar. Antiterror tədbirlərinin keçirilməsinə qərar verildi və nəticədə Azərbaycan Ordusu irəliləyərək, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əməliyyatları uğurla həyata keçirdi. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Orada yaşayan ermənilər isə Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bu, birmənalıdır”.
Mahir Qurbanov müsahibədə onu da vurğulayıb ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli bu antiterror tədbirləri vacib idi.
www.RIA24.az