“Bizim rəhbərlər hamımızı zorla evlərimizdən çıxardılar. Azərbaycan tərəfdən bu məsələdə bizə heç bir təzyiq olmayıb”.
“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməni sakini Qriqori (soyadını açıqlamaqdan imtina edib) deyib.
Onun sözlərinə görə, uzun müddət Ağdərədə yaşayıb:
“İndi Ermənistana gedirəm. Kənd icra nümayəndəsi gəlib dedi ki, çıxın gedin Ermənistana. Öz rəhbərlərimiz bizi evimizdən məcburi çıxardılar”.
Qriqori söyləyib ki, vaxtilə çoxlu sayda azərbaycanlı dostları olub:
“Bir yerdə işləyib, bir yerdə yaşamışıq. Bakıda dəfələrlə olmuşam. Azərbaycanlılar yaxşı xalqdır. Mən ev tikintisi ilə məşğul olmuşam. Qarabağ müharibəsindən sonra Ermənistan vətəndaşlığı almışam. Geri qayıtmaq fikrim yoxdur. Azərbaycan tərəfindən bizə heç bir təzyiq olmayıb”.
www.RIA24.az