19-20 sentyabr tarixlərində Qarabağda keçirilən antiterror tədbirləri zamanı 192 hərbi qulluqçu şəhid olub.
Oxu.Az xəbər verir ki, şəhid olan hərbi qulluqçuların sırasında yüksək rütbəli zabitlər, gizirlər, çavuşlar və əsgərlər də var.
Onlardan:
2-si polkovnik-leytenant (bir nəfər daxili işlər orqanının əməkdaşı);
4-ü mayor;
6-sı kapitan;
12-si baş leytenant;
9-u leytenant;
6-sı kiçik leytenant;
2-si baş çavuş (bir nəfər daxili işlər orqanının əməkdaşı);
6-sı çavuş (bir nəfər daxili işlər orqanının əməkdaşı);
15-i kiçik çavuş (bir nəfər daxili işlər orqanının əməkdaşı);
1-i baş gizir;
21-i gizir (bir nəfər daxili işlər orqanının əməkdaşı);
3-ü matros (Hərbi Dəniz Qüvvələrinin hərbi qulluçusu);
105-i isə əsgərdir (altı nəfər daxili işlər orqanının əməkdaşı).
Aqil Vəlili
www.RIA24.az