“Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və digər Aİ rəsmilərinin son bəyanatları göstərir ki, Avropa Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra yaranmış yeni reallığı qəbul edir”.
Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib.
“Şarl Mişel və digər Aİ rəsmilərinin son bəyanatları göstərir ki, Avropa, ən azı, reallığı qəbul edir və sülhü möhkəmləndirmək üçün hər fürsətdən istifadə edərək irəliləmək niyyətindədir”, – deyə Zukerman bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, dünyada bəzilərinin Qarabağdakı vəziyyəti necə qəbul etdiyinə dair suallar qalmaqdadır:
“Bəzi ölkələr “Dağlıq Qarabağ” terminini işlətməkdə davam edir. Qarabağda ermənilərin minillik mövcudluğu haqqında erməni nağılına inanırlar və başa düşmək istəmirlər ki, bu, keçmiş sovet ittifaqının əhaliyə nəzarət etməsi üçün xüsusi olaraq yaratdığı hüquqi baxımdan cəfəng termindir”.
Ekspert əlavə edib ki, Azərbaycan qanunun aliliyinə və Qarabağdakı ermənilərin dinc yolla reinteqrasiyasına sadiqliyini nümayiş etdirməkdə davam etməlidir.
www.RIA24.az