30 il əvvəl Füzulidə itkin düşən hərbçi Salyanda dəfn edilib – FOTO/VİDEO

Müharibə


Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Şuşa ətrafında tapılan hərbçi Əbülfət Atamoğlanovun meyitinin qalıqları dəfn edilib.

“Report”un Aran bürosunun məlumatına görə, şəhid Salyanın Kürsəngi kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Daha öncə şəhidlə evində vida mərasimi keçirilib. Mərasimdə şəhidin doğmaları, rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir