Üç il öncə: İşğaldan azad edilən ərazilər – SİYAHI + VİDEO

Müharibə


Oktyabrın 3-ü 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin üçüncü ildönümüdür.

Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabr ayının 3-də Tərtərin işğal altında olan Suqovuşan kəndi işğaldan azad edilib.

Bildirək ki, həmin zamana qədər Suqovuşan Madagiz adlanırdı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ərazinin işğaldan azad edildiyini elan edəndə bildirdi ki, oktyabrın 3-dən etibarən Madagizin tarixi adını bərpa edir və o, Suqovuşan adlandırılır.

Azərbaycan Ordusu oktyabrın 3-də Tərtərin digər işğal altında olan kəndini – Talışı da azad edib.

Prezident həmin gün Cəbrayıl və Füzuli istiqamətlərində düşmən tapdağından azad edilmiş ərazilərin də adlarını açıqlayıb.

Belə ki, oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir