İşğaldan azad olunmuş ərazilərdə mina partlayışı və qurbanlarının sayı barədə aylar və illər üzrə – STATİSTİKA

Müharibə


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində minadan zərərçəkənlər və aşkarlanmış partlayıcı sursatlara dair statistika açıqlanıb.

AZƏRTAC xəbər verir ki, 2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 6-dək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 191 mina hadisəsi baş verib, 329 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 48-i mülki, 15-i hərbçi olmaqla 63-ü həlak olub. Həmçinin mina partlayışları nəticəsində ümumilikdə 266 nəfər xəsarət alıb. Onlardan 102-si mülki şəxs, 164-ü isə hərbçidir.

2020-ci il noyabrın 10-dan 2021-ci il dekabrın 14-dək Ermənistanın mina terroru nəticəsində cəmi 197 nəfər xəsarət alıb. Onlardan 29-u mülki şəxs, 7-si hərbçi olmaqla, 36 nəfər həyatını itirib. Bu tarixlərdə mina terroru nəticəsində 52-si mülki şəxs, 109-u hərbçi olmaqla 161 nəfər yaralanıb.

2021-ci il dekabrın 15-dən 2022-ci il fevralın 4-dək minalardan yeddi nəfər zərər çəkib. Onlardan 4-ü mülki vətəndaş, 2-si hərbçi olmaqla altı nəfər yaralanıb, bir mülki şəxs isə ölüb.

2022-ci il fevralın 5-dən aprelin 6-dək mina terroru nəticəsində beşi mülki şəxs, biri hərbçi olmaqla altı nəfər yaralanıb.

Həmin il aprelin 7-dən mayın 18-dək ümumilikdə 12 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan yeddisi mülki vətəndaş, üçü hərbçi olmaqla, 10 nəfər yaralanıb. İki mülki şəxs isə həlak olub.

2022-ci il mayın 19-dan avqustun 18-dək 11 nəfər minadan zərər çəkib. Onlardan səkkizi mülki vətəndaş, 2-si hərbçi olmaqla 10 nəfər yaralanıb, bir hərbçi ölüb.

Eyni il avqustun 19-dan sentyabrın 23-dək 22 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 2-si mülki vətəndaş, 18 nəfəri hərbçi olmaqla 20 nəfər yaralanıb, iki hərbçi həyatını itirib.

2022-ci il sentyabrın 24-dən oktyabrın 3-dək beş mülki vətəndaş mina partlayışlarından zərər çəkib. Onlardan 3-ü yaralanıb, 2-si isə həlak olub.

2022-ci il oktyabrın 4-dən noyabrın 10-dək 11 nəfər mina partlayışlarından zərər çəkib. Onlardan 1 mülki vətəndaş ölüb. Altı mülki vətəndaş, 4 hərbçi isə yaralanıb.

2022-ci il noyabrın 11-dən 2023-cü il yanvarın 6-dək doqquz nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 4-ü mülki, 4-ü isə hərbçi olmaqla səkkiz nəfər yaralanıb, bir hərbçi həyatını itirib.

2023-cü il yanvarın 7-dən martın 14-dək 5 nəfər mina partlayışından xəsarət alıb. Onlardan biri mülki, ikisi hərbçi olmaqla üç nəfər yaralanıb. Bir hərbçi, 1 mülki vətəndaş həlak olub.

Cari il martın 15-dən iyunun 12-dək 16 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 6-sı mülki, 3-ü hərbçi olmaqla doqquz nəfər yaralanıb. Bir hərbçi, altı mülki vətəndaş ölüb.

Bu il iyunun 13-dən avqustun 23-dək iki nəfər mina partlayışlarından yaralanıb. Onlardan biri mülki vətəndaş, digəri isə hərbçidir.

Eyni il avqustun 24-dən sentyabrın 11-dək üç nəfər mina partlayışları nəticəsində yaralanıb. Onlardan ikisi mülki vətəndaş, biri isə hərbçidir.

2023-cü il sentyabrın 12-dən 25-dək 21 nəfər mina partlayışlarından zərər çəkib. Nəticədə altı mülki vətəndaş, iki hərbçi həlak olub. On iki hərbçi və bir mülki vətəndaş isə yaralanıb.

Bu il sentyabrın 26-dan oktyabrın 6-dək 2 hərbi qulluqçu mina partlayışı nəticəsində yaralanıb.

Bu il oktyabrın 5-dək 1 milyard 4 milyon 678 min 275 kvadratmetr (100 467.8 hektar) ərazi mina və digər partlayıcı qurğulardan təmizlənib.

Bu müddətdə ümumilikdə 95 min 638 ədəd mina və digər partlayıcılar aşkarlanıb. Onlardan 29 min 790-ı piyada əleyhinə, 17 min 439-u tank əleyhinə mina, 48 min 409-u partlamamış hərbi sursatdır.

İndi isə 2020-ci il noyabrın 10-dan indiyədək aylar və illər üzrə mina hadisələri və qurbanları barədə statistikanı təqdim edirik:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir