Yoldaşının ad günündə nəşi gətirilən şəhid İbrahim Vəlizadə – VİDEO

Müharibə


Baku TV Vətən müharibəsində qəhrəmancasına şəhid olan İbrahim Vəlizadənin ailəsini ziyarət edib.

Şəhidin həyat yoldaşı Büllur Vəlizadə doğum günündə İbrahimin nəşinin gətirildiyini deyib.

“Noyabrın 30-da ad günüm idi. Düşünürdüm ki, ən azından həmin gün ondan xəbər çıxar. İbrahimin bayrağa bükülmüş tabutu ad günümə “hədiyyə” oldu”, – deyə o söyləyib.

Şəhidin anası Kifayət Vəliyeva isə övladı ilə söhbətlərindən birini xatırlayıb:

“Bir gün mənə dedi ki, fikirləş ki, 30 ildir əsirlikdəsən, məni gözləyirsən, amma dalınca gəlmirəm. Analarımız, bacılarımız əsirlikdə bizim yolumuzu gözləyirlər”.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir