Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yazılıb.
“Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-nin Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır”, – deyə paylaşımda bildirilib.
Dünən Bakıda olarkən Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın Cənubi Qafqazda davamlı və layiqli sülhün əldə edilməsində tərəflərə dəstəyini müzakirə etmək üçün yüksək səviyyəli rəsmilərlə görüşüb. Uzun müddətdir davam edən bu münaqişənin həlli üçün Azərbaycan və…
— U.S. Embassy Baku (@USEmbassyBaku) October 10, 2023
www.RIA24.az