Gəncənin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılır

Müharibə


Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində şəhid olan mülki şəxslərin xatirəsi anılır.

“Report”un Qərb bürosunun məlumatına görə, anım mərasimi Gəncə şəhərində, Vətən müharibəsi dövründə – 2020-ci il 11 oktyabr tarixində raket hücumuna məruz qalmış ərazidə keçirilir.

Mərasimə şəhər rəhbərliyi, idarə və təşkilatların rəhbərləri, polis əməkdaşları, təhsil işçiləri və digər ictimaiyyət nümayəndələri qatılıblar.

Düşmən terroru nəticəsində şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzülür, dualar oxunur.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində 26 mülki şəxs şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Vətən müharibəsi dövründə Gəncə şəhəri ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya atəşinə məruz qalıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir