“Təsviredilməz hisslərdir, anadan olduğum yerə, 30 il həsrətini çəkdiyim yerə qayıdacağam”.
“Report” xəbər verir ki, bunu Füzuli sakini Orxan Mirzəyev deyib.
“Orada yaşayacağam, sıfırdan həyat quracağam”, – o vurğulayıb.
Orxan ona bu şəraiti yaradan rəşadətli Azərbaycan Ordusuna, həmçinin Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Füzuli şəhərinə daha 28 ailə – 117 nəfər köçürülüb.
Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.
www.RIA24.az