Ombudsman: “Saxlanılan Qarabağ separatçılarının saxlanma şəraitlərindən şikayətləri yoxdur”

Müharibə


“Azərbaycan tərəfindən saxlanılan Qarabağ separatçılarının saxlanma şəraitlərindən şikayətləri yoxdur”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Moskvada keçirilən “İnsan hüquqlarının müdafiəsi problemləri: Ombudsmanların qabaqcıl təcrübələrinin mübadiləsi” mövzusunda VII Beynəlxalq elmi-praktik konfransda iştirakı zamanı TASS-a söyləyib.

“Mən öz mandatım çərçivəsində penitensiar müəssisələri tez-tez monitorinq edirəm, o cümlədən bu səfərlər zamanı həmin şəxslərlə görüşdüm. Onların saxlanma şəraitlərindən şikayətləri yoxdur. Onlara ailə ilə əlaqə saxlamaq hüququ verildi və onlar bundan istifadə etdilər. Hüquqşünas xidmətləri göstərilir. Onların bir qismi ailə üzvlərinin işə götürdüyü vəkillərin xidmətindən istifadə edir, digərləri isə dövlət hesabına vəkillə təmin olunublar”.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti saxlanılan şəxsləri sənədlərin öz dillərinə tərcüməsi ilə təmin edib.

“Onların öz hüquqları ilə tanış olmaları üçün biz lazım olan sənədləri – həm Avropa Konvensiyasını, həm də digər beynəlxalq sənədləri verdik. Tibbi xidmət, saxlanılma, qida məsələləri – onların heç bir şikayəti yox idi. Onların bir qismi eynək, doğma dillərində kitablar istədi. Bütün şəraitlər onlar üçün yaradıldı”, – deyə Ombudsman vurğulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir