Türkiyənin “F-16” qırıcı təyyarələri Azərbaycana gəlib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Mustafa Kamal Atatürk – 2023” təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) “F-16” təyyarələri oktyabrın 20-də ölkəmizə gəlib.
Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.
www.RIA24.az