“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksəksəviyyəli müşahidəçi günü”ndə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler digər qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ümumilikdə təlimin gedişatını yüksək qiymətləndirən müdafiə nazirləri hər iki qardaş ölkənin təlimdə fərqlənən hərbi qulluqçularına qiymətli hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi 25 oktyabr tarixində başa çatacaq.
www.RIA24.az