Amerikalı səyyah: “Qarabağda aparılan tikinti və bərpa işlərinin intensivliyi heyranedicidir”

Müharibə


“Azərbaycan hökuməti tərəfindən Qarabağda aparılan tikinti və bərpa işlərinin intensivliyi heyranedicidir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı səyyah Brayan Qreko deyib.

“Füzuli şəhərində inşa edilən yeni hava limanında olduq və onun tikilmə müddəti bizi heyrətləndirdi. Hökumət bərpa işlərinə, yeni bir iqtisadi regionun yaradılmasına investisiya yatırır. Hesab edirəm ki, bu infrastruktura sülh və firavanlığın əsası kimi investisiya qoymaq vacibdir”, – o bildirib.

Onun sözlərinə görə, Qarabağa səfərlər təkcə bu regionu kəşf etməyə və onun gözəlliklərindən həzz almağa deyil, həm də ölkənin tarixini və burada baş verənləri anlamağa kömək edir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir