Moskva Bakı və İrəvan arasında münasibətlərin tənzimlənməsi üçün onlarla təmasdadır.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Rusiya” sərgi-forumu çərçivəsində “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.
“Qarabağ problemi ilə bağlı Azərbaycan-Ermənistan münasibətlərinin həlli istiqamətində ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi üçün hazırlıq gedir”, – deyə o vurğulayıb.
Mənbə: TASS
www.RIA24.az