Su kimi səssizlik, gecə kimi sükut: XTQ necə pusqu qurur? – VİDEO

Müharibə


“Əsrlərdir mahiyyəti dəyişməyən ən önəmli döyüş taktikası. Su kimi səssizlik, gecə kimi sükut, sükutu pozmayan cəldlik tələb edir”.

Bu barədə Xəzər TV-də yayımlanan “Pusqu” sənədli filmində məlumat verilib.

“Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri (XTQ) ilə birgə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Pələng”, “Şahin” ,”Gürzə” “Bəbir” , “Əqrəb”, ”Kobra”,”Qartal”, “Canavar” və “Yarasa”  xüsusi təyinatlı dəstələrinin vətən müharibəsində əsas tapşırığı Pusqu əməliyyatları olur.

Ən hazırlıqlı peşəkar heyətdən təşkil olunan bu dəstələr döyüşlərin taleyini həll edən ən önəmli əməliyyatlarda iştirak edir. Onların tapşırığı müdafiə xəttinin dərinliklərində tapşırıq icra etmək, düşmənin ağlına belə gəlməyəcəyi ərazilərdə, hər gün istifadə etdiyi yollarda pusqu quraraq onların təminat yolunu kəsmək, üzbəüz əməliyyatlarda iştirak edən bölmələrinə dəstəyə gələn qrupları məhv etməklə Qarabağı onlar üçün ölüm nöqtəsinə çevirmək olur”, – deyə filmdə bildirilib.

Ətraflı süjetdə:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir