Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oxu.Az xəbər verir ki, noyabrın 14-də növbəti köç karvanı Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə – 40 nəfər köçürülür.
Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 315 ailənin – 1 205 nəfərin köçü təmin edilib.
Aytac Qasımova
www.RIA24.az