“İranın prinsipial mövqeyi daim Qarabağın Azərbaycanın olmasından yana olub”.
Oxu.Az-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “X” sosial şəbəkə hesabında bildirib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın suverenliyinə qayıtması İran tərəfindən xoş qarşılanıb.
“Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyinin təmini yalnız Azərbaycanın suverenliyi, qanunları ilə məna tapır”, – deyə diplomat vurğulayıb.
🇮🇷ın prinsipial mövqeyi daima Qarabağın🇦🇿nın olmasından yana olub. 🇦🇿nın ərazi bütövlüyünün bərpası və Qarabağın 🇦🇿ın suverenliyinə qayıtması 🇮🇷 vərindən xoş qarşılanıb. Qarabağda olan ermənilərin hüquq və təhlükəsizliyi təmini yalnız 🇦🇿ın suverenliyi və qanunları ilə məna tapır.
— Seyed Abbas Mousavi (@SAMOUSAVI9) November 15, 2023
www.RIA24.az