“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks Azərbaycanda olarkən mina qurbanları ilə görüşməyi təklif etdik. Ancaq o razılaşmadı”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, qazi Rey Kərimoğlu mina qurbanlarının, bu sahədə fəaliyyət göstərən QHT-lərin AŞPA prezidentinə açıq məktub ünvanlaması ilə bağlı keçirilən tədbirdə səsləndirib.
Onun sözlərinə görə, təəssüf ki, dünya Azərbaycanın mina problemini görməzdən gəlir:
“Bu münasibəti 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə də gördük. Müəyyən təzyiqlər altında Ermənistan mina xəritələrini versə də, onlar dəqiq deyildi. Bunun nəticəsində də mülki insanlar, uşaqlar, qadınlar həyatlarını itirirlər. Ermənistan mina terroruna son qoymağa çağırılmalıdır”.
www.RIA24.az