“Bu gün çox xoşbəxtəm. Ömrümün son günlərini doğma Füzulimdə keçirəcəyəm”.
Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Soltan Şirinov deyib.
O bildirib ki, Füzulidən çıxarkən 50 yaşı olub:
“50 yaşımda Füzulidən çıxmışam. Qayıdacağıma ümidim yox idi. Şükürlər olsun ki, ömrümün son günlərini doğma yurdumda keçirmək mənə qismət oldu. Ali Baş Komandanımıza, Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınır. Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1 106 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova
www.RIA24.az