“Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya çatdırmalıyıq”.
“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandra Rokkasalvo Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: İnnovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadınlar mina qurbanı olduqlarına görə minatəmizləmə sahəsinə də töhfə verə bilərlər:
“Ona görə də qadın minatəmizləyənlərin yetişdirilməsinin tərəfdarıyıq. Çünki təəssüf ki, dünyamız minalarla doludur. BMT 40-dan çox ölkəyə bu istiqamətdə yardım göstərir. Müharibələr başa çata bilər, ancaq minalar, partlamamış hərbi sursatlar savaşdan sonra belə, insanları təhlükə ilə üz-üzə qoyur. Bu isə bir ölkənin təkbaşına öhdəsindən gələcəyi iş deyil, tərəfdaşlara, dostlara ehtiyacımız var. Bu baxımdan, Azərbaycanın üzləşdiyi mina təhlükəsini dünyaya çatdırmalıyıq”.
www.RIA24.az