“İrəvan üçün Qarabağ məsələsi mövcud deyil. Ermənistan tərkibində Qarabağın olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.
Ermənistan mediasının məlumatına görə, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə bəyan edib.
“Qarabağ məsələsi həll olunubmu nə deməkdir? Qarabağ məsələsinin həllinin və ya həll edilməməsinin mahiyyəti nədir? Ermənistanda hazırda belə bir məsələ yoxdur. Ermənistan Qarabağın da tərkibində olduğu Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Yəqin ki, son ilyarım ərzində biz bu barədə səkkiz dəfə danışmışıq”, – deyə parlamentin spikeri vurğulayıb.
O əlavə edib ki, hazırda Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.
Xatırladaq ki, Simonyan bundan əvvəl yaxın 15 gün ərzində Bakı və İrəvan arasında sülh müqaviləsinin bağlana biləcəyini bildirmişdi.
www.RIA24.az